Ağ balığın ağzı aypara formasındadır, çox böyük olub, başın bütün alt tərəfini tutur. Qəlsəmə pərdələri bütöv qırış əmələ gətirir. Xəzər dənizinin hər yerində, 70–100 m-ə qədər dərinliklərdə yayılmışdır. Əsasən Kür bölgəsində yayılmış bir yırtıcı balıqdır. Nərəkimilərə aid olan Ağ balıq hazırda yaşayan balıqların ən qədimidir. Keçmişdə bəzi fərdləri 120 ilə qədər yaşayırdılar. Adətən yalnız olur, sürü halında yığışmır. Adi bölgə Aralıq, Xəzər, Qara və Azov dənizləri hövzələrində yayılıb. Xəzərdə növ 2 populyasiya ilə təmsil olunmuşdur - Volqa və Kür. Maksimum 118 il yaşayır. Əsasən çoxalma dövrü Aprel-May aylarına təsadüf edir. Bölgə balığı yağlı balıqlar kateqoriyasına aid edilən vətəgə balığıdır, onun bədənində 11,3-14,9%, kürüsündə isə 14% yağ vardır. Ayrı-ayrı illərdə Azərbaycanda bölgə tutulması 23-24 min sentner, yaxud bütün nərəkimilərin yarıdan çoxunu təşkil etmişdir. Dənizdə intensiv tutulma nəticəsində bölgə ehtiyatları və uyğun olaraq tutulması güclü şəkildə azalmışdır. Hazırda balıqartırma zavodlarında süni çoxaltmanın sayəsində dənizdə ehtiyatı xeyli artmışdır. Təzə və soyuq hisə verilmiş halda istifadə olunur.