Çapaq balığına Avropadakı Alp dağlarının şimalında, Balkanların Qara dənizə yaxın hissəsində, Qara dənizə yaxın şirin sularda, Aral dənizi və Xəzər dənizi ətrafındakı şirin sularda rast gəlmək olar. Onların orta uzunluğu 30-40 sm-dir, maksimum halda 70 sm-ə çata bilir. Çəkisi isə 3 kq və 6 kq arasında dəyişir. Qurdlar, həşərat və yosunlarla qidalanırlar. Adətən 10 il yaşayırlar. May-iyun ayları arasında təxminən 100.000 yumurta yetişir. Əti olduqca ləzzətlidir, kiçik növləri ov balığı kimi dəyərlidir. Bu balıqlar çayların və göllərin çox yavaş axan hissələrində olur. Suyun altındakı qida palçığının yanında kiçik sürülərdə yaşayırlar. Çapaqlar palçıq qurdları, dəniz molyusku, ilbizlər və zəli kimi su heyvanları, bəzən su bitkiləri və planktonla da qidalanırlar. Onların yetişdirmə mövsümü aprel-iyun ayları arasında iki həftə davam edir. Damaq ləzzətinizə uyğun qurudulmuş və hisə verilmiş halda istifadə olunur.