Çupraya mülayim, tropik və subtropik iqlimlərdə rast gəlinir. Eyni zamanda, müxtəlif duzluluq dərəcələrinə uyğunlaşa bilən bir növdür. Yetişdirilmə və inkişaf ayları oktyabr və dekabr ayları arasındadır, çoxalma və inkişaf üçün lazım olan temperatur isə 22-25°C-dir. Yetkin dəniz çuprası duzlaşmaya qarşı yüksək tolerantlığa malikdir. Çupranın bədən forması ovaldır və simmetrik bir bədən quruluşuna malikdir. Balığın bel hissəsi qəhvəyi-boz, qarına doğru rəngi isə gümüşüdür. Bu gün demək olar ki, hər kəs tərəfindən balıq yağının insan sağlamlığına faydalı təsirləri olduğu bilinir. Çupra balığının yağı da olduqca faydalıdır, belə ki yağ turşuları bir çox xəstəliyin qarşısını alır və bu yağlar insan sağlamlığına faydalı təsir göstərir. Onlardan biri, omeqa-3, insan qidasına daxil edilməli olan vacib bir komponent hesab olunur. Bu yağ turşuları bir çox xəstəliklərin, məsələn ürək-damar xəstəlikləri, aritmiya, iltihab, xərçəng, depressiya və s., qarşını alır. Təzə və donmuş şəkildə istifadə olunur.