Kefal balığı iri başlı, gümüşü rəngli, orta ölçülü, pullu, ağ ətli, yağsız və ləzzətli bir balıq növüdür. Uzunluğu növlərə görə 25-90 sm arasında dəyişir. Kefal əsasən dənizlərdə yaşaya bilən bir balıqdır. Dənizə tökülən çaylara yumurtlama üçün gələn kefal, ümumiyyətlə palçıqlı yerlərdə yaşayır. Aralıq dənizində oldquca yayğındır. Xəzər dənizində rastlanılan növləri qızılı kefal (singil) və sivriburun kefaldır. Orta uzunluğu cinsə görə 25 ilə 90 santimetr arasındadır. Orta ömür 15 ildir. Çox ağıllı, güclü və çevik bir balıq olan kefal ovu çox əziyyətlidir, hazırlaması isə olduqca asandır. Kefal balığı duzlu, daha az duzlu və şirin sularda yaşaya bilən çox mühitli balıqdır. İstilik, oksigen və duzluluq kimi bioloji faktorlara geniş şəkildə davamlıdırlar. Temperaturu 3,5°C-dən 35°C -ə qədər olan sulara uyğunlaşır və ömrünü davam etdirir. İyun-sentyabr aylarında çoxalırlar və hər dəfə 3.5-7 milyon arasında yumurta qoyurlar. Kefal əsasən payız aylarında yeyilən çox ləzzətli bir balıq növüdür. Əsas bişirmə üsulları buxarda və ya unla yağda qovurma üsuludur.