Nərə balıqları Yer üzündə təxminən 200 milyon ildən çoxdur ki, mövcuddur. Biyolojik müxtəliflik baxımından son dərəcə əhəmiyyətli bir balıq növüdür. İqtisadi və sosial əhəmiyyəti də yüksəkdir. Dünyaca məşhur kürü növlərindən biri onların yumurtasından hazırlanır. Kiloqramı bir neçə min dollara başa gələ bilər, əti qiymətlidir. Hava kisələrindən yapışqan hazırlamaq üçün istifadə olunur. Nərə balığı sümüklü balıqlar kateqoriyasına daxil olsa da, skeletləri daha çox qığırdaqdan ibarətdir. Asiya, Avropa və Amerikanın şimal yarımkürəsinin dəniz və şirin sularında yaşayır. Hal-hazırda Xəzər dənizində (80%), Qara dənizdə, Azov dənizində, və bu dənizlərə axan çaylarda sıx şəkildə görülür. Bu balıqların həyatlarının çox hissəsi dənizdə keçir. Qışı dayaz dəniz sularında keçirir, çoxalmaq üçün erkən yazda çaylara girirlər. Aprel-iyun aylarında yumurta verir və ümumiyyətlə, iki ildən bir yumurta qoyurlar. Nərə balıqları biomüxtəliflik cəhətdən çox qiymətlidir balıqlardır, morfoloji və bioloji xüsusiyyətlərinə görə canlı fosillər adlandırılırlar, 100 ilə qədər yaşayırlar. Dünyadakı ən böyük şirin su balığıdır. 6 metr uzunluğa və 1 ton ağırlığa çata bilərlər. Soyuq sularda (10 - 20 ° C) yaşayırlar. Daha çox isti hisə verilmiş halda istehlak olunur.