Şahmayının latınca adı Chalcalburmis chalcoides balığıdır, Kür çayında qədimdən ovlanır və qiymətli vətəgə balığıdır. Xəzər dənizinin əsasən cənubi-qərb hissəsində sahildən 3-5 km aralı, 30 m-dək dərinlikdə yaşayır. Maraqlıdır ki, suda temperatur aşağı düşdükcə şahmayının çaya girməsi sürətlənir. Belə ki, suda temperatur 12°C olduqda çaya girmə başlayırsa, 10°C-də maksimum həddə çatır, 8°C-də prosses başa çatır. Bədəni uzunsov, yanlarından azacıq basıq, parlaq və başı kiçikdir. Onun alt çənəsi böyükdür və irəli doğru uzanır.Gövdəsi uzundur, başı isə çox kiçikdir.Gözləri gümüşü,bel və anal hissəsi üzgəcləri qara,qarın hssəsi ağ rəngdədir. Gözünün yuxarı hissəsində qara nöqtə var. Həddindən artıq yağlı və dadlı balıq növüdür. Uzunluğu 20-40 sm, kütləsi 150-180 qramdır. 5 il yaşayır. Yerli camaat bu balığı qızılbalıqdan dönmə kimi də xarakterizə edir. Muğanda şahmayı əsas yeyilən və tutulan balıq hesab edilsə də, yemək qaydası ilə bağlı ondan qida mənbəyi kimi ancaq qış aylarında kürü tökməmişdən qabaq və mart ayında istifadə edirlər. Şahmayı balığının faydaları da çoxdur. Bu balıq vitaminlər, mikro və makro elementlər zülallar və yağlarla zəngindir. Şahmayının tərkibində olan zülallar orqanizm tərəfindən asan sorulur.Əsasən, həzm sistemi üçün faydalıdır. Şahmayı soyuq hisə verilmiş və təzə halda emal və istehlak olunur.