Sıf (sudak) balığı əti ləzzətli və çox qiymətli balıq növüdür. Bədəni olduqca uzundur, ağzında yaxşı inkişaf etmiş sivri köpək dişləri var. Yanaqları ümumiyyətlə çılpaq, yəni pulcuqsuzdur. Bədənin üst və bəzi orta hissələri pulcuqlarla örtülüdür. Bel hissəsi tünd, yan hissələri isə boz-gümüşü rəngdədir. Sıf balığının orta uzunluğu 40 - 55 sm, maksimum uzunluğu isə 125 sm-dir. Orta çəkisi 1-2.5 kq, maksimum çəkisi 15 kilqoramdır. Aprel-iyun aylarında çoxalma dövrünü yaşayırlar. Əsasən dondurulmuş, duzlanmış, konservləşdirilmiş halda istehlak olunur. Sıf balıqları iqtisadi dəyəri yüksək olan balıqlardır. Qidalanması tamamilə digər canlı balıqlara əsaslandığından, süni şəkildə istehsalı çətindir. Qısa müddətdə (1-5 gün) istehlak etməyi planlaşdırdığınız halda soyuducunuzun +4 dərəcə hissəsində və uzun müddət istehlak etməyi planlaşdırdığınız zaman dərin dondurucuda saxlamağınızı tövsiyə edirik.