Şirin su balıqçılığına gəldikdə, şübhəsiz ki, ən ləzzətli balıqlardan biri xanı balığıdır. Xanı balıqları sərt quruluşu, döyüşçü ruhu ilə digər balıqlardan fərqlənir. Daha çox Baykal gölü, Şimal Buzlu okeanı çaylarında, Baltik, Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Yayın ən isti dövrləri, isti, küləksiz payız günləri və qışın dərin suları xanı balığı tutmaq istəyənlər üçün ideal vaxtdır. Onlar üçün xarakteristik olan orta uzunluq 20 - 35 sm, maksimum uzunluq isə 50 sm-dir. Orta çəki 800 - 1000 qr, maksimum çəki isə 3 kiloqramdır. Mart-iyun ayları çoxalma mövsümüdür. Yumurtlamaq üçün suyun temperaturu 7-8°C -dən başlayır. Belə ki, xanı balıqları vətəgə əhəmiyyətli balıqlar deyil, Azərbaycanda az miqdarda ovlanır və əsasən həvəskar balıqçılar tərəfindən ovlanırlar. Təzə halda istifadə olunur.