“MY FOOD” Məhdud Məsuliyyətli Cəmiyyəti 07.09.2017-ci il tarixində təsis olunmuşdur. Şirkətimizi yaratmaqda əsas məqsədimiz geniş çeşiddə keyfiyyətli ərzaq məhsullarını bir ad altında birləşdirməkdir. Məhsullarımız, əsasən balıq və dondurma olmaqla iki kateqoriyaya ayrılır. Şirkətə daxil olan ticarət nişanları aşağıdakılardır:

  1. Dalğa
  2. Balıqçı
  3. Yelkən
  4. Fishport
  5. Albalıq
  6. Morozprodukt
  7. 1000 Can

Hədəfimiz Azərbaycan əhalisini keyfiyyətli və beynəlxalq standartlara cavab verən qida məhsulları ilə təmin etməkdir. Müştərilərə təqdim etdiyimiz hər bir məhsul Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilmişdir. Biz, “MY FOOD” MMC olaraq yüksək keyfiyyətə zəmanət veririk və buna görə də Azərbaycan bazarında özünəməxsus yer tuturuq. İnanırıq ki, yaxın gələcəkdə ticarət nişanlarımız dünya bazarında da aparıcı yerləri tutacaq, bu istiqamətdə artıq müvafiq tədbirlər görülmüşdür.

Kateqoriyalarımıza daxil olan bütün məhsulların istehsalında müasir standartlara cavab verən yüksək texnologiyalardan istifadə edilir və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə cavab verir. Dondurmalarımız gigiyenik şəraitdə, heç bir süni ləzzət və rəng qatmadan təbii olaraq ən son texnologiya ilə istehsal olunur.  Balıq məhsullarımız dünyanın məşhur firmlalarının xammal və avadanlıqlarından istifadə olunaraq emal olunur və qablaşdırılır. Bizim əsas missiyamız idxal və istehsal olunan hər bir məhsulun keyfiyyətinə nəzarət etmək və rəqabətə davamlı məhsullar təklif etməkdir.