Balıqlar

Balıqlar insanların qida rasionunda vacib bir yer tutur. Xüsusilə mövsümündə istehlak edilən balıq, tərkibindəki yağ turşuları vasitəsilə immunitet sistemini gücləndirmək üçün son dərəcə lazımlı bir qidadır. Balıqların bədəni qrip və infeksiyalara qarşı qoruduğu araşdırmalarla sübut edilmişdir. Xüsusilə, mövsümündə balıq həftədə 2 dəfə mütəmadi olaraq istehlak edilməlidir.  

Balıq istehlak etmək həm fiziki, həm də zehni sağlamlığımız üçün faydalıdır. Omeqa 3 ilə zəngin olan balıq, beyin hüceyrələrimizin bərpasına kömək edir, depressiya, yaddaş itkisi, Alzheimer və şizofreniya kimi xəstəliklərin də qarşısını alır. Balıq eyni zamanda A, B, D vitaminləri ilə yanaşı yod, fosfor, selenyum, kalsium və maqneziumla zəngindir. Xüsusilə D vitamini və kalsium miqdarına görə sümük sağlamlığı üçün çox vacibdir. Balıqlar tərkibindəki yüksək protein tərkibi vasitəsilə toxluq hissini artıraraq kilo nəzarətində kömək edir. Zəngin vitamin və mineral tərkibinə görə adekvat və balanslı bəslənmənin vacib bir mərhələsini təşkil edir. 

Biz, “Dalğa”, “Yelkən”, “Balıqçı”, “FishPort” və “Albalıq” ticarət nişanlarımız adı altında keyfiyyətli və ləzzətli balıq növlərini sizlərə təqdim edirik. Əsas məqsədimiz markalarımızın hər kəs tərəfindən sevilməsi və hər evdə, hər süfrədə öz layiqli yerini tutmasıdır.