Dondurmalar rəngarəngliyi və ləzzəti ilə, xüsusən də yayda ən populyar desertlər arasında öz yerini alır. İsti yay günləri üçün əvəzolunmaz olan və soyuq qəbul edildiyi üçün boğaz xəstəliklərinə səbəb olduğu düşünülən dondurma əslində çox faydalı bir qida mənbəyidir. Süddən hazırlanan bir desert olan dondurmanın protein tərkibi olduqca yüksəkdir. Həmçinin A və B vitaminləri, kalsium, fosfor, maqnezium və kalium kimi maddələrlə zəngindir. 100 ml dondurmada təxminən 125 milliqram kalsium var, buna görə dondurma sümükləri gücləndirir. 

Çəkinizə diqqət edirsinizsə, şirniyyat əvəzinə dondurma sağlam və yüngül bir seçim olacaq. Kalsium və zülal, bir çox vitamin və mineral tərkibli olduğuna görə zərərsiz qidalardan biri sayılır. Tərkibindəki süd vasitəsilə dondurmanın içindəki şəkərin qana qarışma sürəti azalır və nəticədə qan şəkəri daha yavaş yüksəlir. Beləliklə, digər şirniyyatlarla müqayisədə qan şəkərində dalğalanmalara səbəb olma riski azalır. Dondurma həm də şəkərli içkilər və xəmir xörəkləri ilə müqayisədə yüksək qida tərkibli ləzzətli və yüngül bir alternativdir.

Sübut olunmuşdur ki, dondurma yeyəndə rahatlaya və stresdən qurtula bilərsiniz çünki onlar bədəndə 'Triptofan' adlı xoşbəxtlik hormonun yaranmasına səbəb olur. Süd, qatıq və pendir sevməyən insanlar və uşaqlar dondurmanı normada istehlak edirlərsə, dondurma vasitəsilə südün faydalı təsirlərini asanlıqla əldə edə bilərlər. 

“1000 Can” və “Morozprodukt” markaları sizlərə bir-birindən dadlı və keyfiyyətli dondurma çeşidlərini təqdim edir. Dondurmalarımız gigiyenik şəraitdə, heç bir süni ləzzət və rəng qatmadan təbii olaraq ən son texnologiya ilə istehsal olunur.  İnsanları xoşbəxt etməkdən biz də xoşbəxt oluruq!