Skumbriya, bir çox balıq növünə nisbətən daha sağlam hesab edilir. Skumbriya balığının bədən quruluşları uzundur, qarın hissəsi yüngül gümüşü tonlardadır. Onlar təxminən 8 və ya 11 il yaşayır. Skumbriyaların ölçüsü 20 sm-ə qədər dəyişir. İdxal olunan skumbriya balıqlarının orta uzunluğu isə 35 sm olur, lakin nadir hallarda 50 sm-ə qədər dəyişir. Balığın orta çəkisi 120 qramdır. Skumbriya, ilin hər vaxtında tapıla və istehlak edilə bilən bir balıq növüdür. Ancaq təbii yaşayış yerlərində yetişdirilən skumbriya balığını istehlak etmək üçün ən yaxşı vaxt payız və qış aylarıdır. Yerli və ən ləzzətli skumbriya oktyabr, noyabr və dekabr aylarında istehlak edilə bilər. Skumbriya bu dövrdə daha dadlı, daha yağlı və faydalıdır. Bu balıq növünün tərkibində B1, B2, B3, B6 vitaminləri və D vitamini var. Skumbriya içərisində olan Omega-3, fosfat və B12 vitamini qavrayış qabiliyyətinin və beynin güclənməsinə birbaşa təsir göstərir. Soyuq və isti hisə verilmiş, ədviyyatlanmış və duza qoyulmuş halda şirkətimiz tərəfindən emal olunur.