Somqa həm şirin suda, həm də dənizdə, xüsusilə də şimal yarımkürəsindəki mülayim dənizlərdə yaşayır. Bu balıqlar yırtıcı və çevikdirlər, digər balıqlarla qidalanırlar. Qızıl balığın gövdələri uzun, mil şəklindədir, başları pulcuqsuzdur. Somqaların əsasən uzunluğu 1-1.5 metr, çəkisi 9-15 kq, maksimum halda 43 kiloqramdır. Bu balıqlar çoxalma mövsümündə şirin sulara köç edirlər, məhz bu dövrdə onların rəngləri tündləşir. Somqa balığı əti konservləşdirilmiş və ya təzə file kimi satılır. Somqa hər yaş qrupunun faydaları və dadı ilə həftədə ən azı bir dəfə zövq aldığı bir balıqdır. Xüsusilə Omega 3 yağ turşularını ala bildiyimiz güclü bir qida olduğu üçün diqqət çəkən somqa, ürək sağlamlığından soyuqdəyməyə qədər bir çox sağlamlıq problemində qoruyucu və dəstəkləyici təsir göstərir. Somqa isti və soyuq olaraq menyuya daxil edilən çox qiymətli bir balıq növüdür. Somqa zəngin bir protein mənbəyidir. Xüsusilə inkişaf etməkdə olan uşaqlarda, tərkibindəki zülal sayəsində əzələ inkişafına müsbət qatqıları olduğu unutulmamalıdır. Enerji istehsalına, yaddaşa və diqqətə kömək edərək beyin inkişafı və göz sağlamlığı üzərində müsbət təsir göstərir. Somqa Omega 3 yağ turşuları, zülal, dəmir, fosfor, kalium, maqnezium, B6, B12, A, C və D vitaminlərini özündə ehtiva edir. Somqa balığı daha çox hisə verilmiş, duzlanmış və dondurulmuş halda emal və istifadə edilir.